AZ

Markus Reşford agentini dəyişdi - “Barselona”ya keçir?

"Mançester Yunayted"in vingeri Markus Reşford "Barselona"nın baş məşqçisi Hans-Diter Flik və hücumçusu Robert Levandovskini təmsil edən agent Pini Zahavi ilə müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Reşfordun Zahavi ilə əməkdaşlığı 27 yaşlı futbolçunun Kataloniya klubuna keçməsi üçün strateji addımdır. İngilis agentin "Barselona" ilə güclü əlaqələrindən və "Blaugrana"nın prezidenti Joan Laporta ilə yaxşı münasibətindən xəbərdardır.

Futbolçuya yaxın mənbələr yay transfer pəncərəsi ərəfəsində Reşfordla bağlı tərəflər arasında ilkin danışıqların artıq başladığını bildiriblər. Hücumçunun icarə əsasında "Barselona"ya keçə biləcəyi ehtimalı var. Reşford  da maaşını azaltmağa hazırdır.

Ötən qış hücumçu icarə əsasında "Aston Villa"ya keçib. Reşfordun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Seçilən
0
90deqiqe.az

1Mənbələr