Türkiyə Super Kuboku növbəti ildən etibarən yeni formatda təşkil olunacaq.
Sportal.az xəbər verir ki, Super Kubok uğrunda 4 komanda mübarizə aparacaq. Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
Super Liqanı ilk iki pillədə başa vuranlar və ölkə kubokunun finalına yüksələn komandalar burada iştirak edəcək. Bu mövsüm "Qalatasaray" Super Liqanı ilk iki pilləda başa vurmağı təmin edib. "Sarı-qırmızılar" Türkiyə Kubokunda da finala yüksəldiyi üçün Super Kubok matçlarında ölkə çempionatını 3-cü pillədə başa vuran komanda iştirak edəcək.
Yarımfinal və finalda ibarət olacaq oyunlar yanvar ayında təşkil olunacaq.
saytlarin hazirlanmasi