AZ

Beyoğluda qan donduran qətl!



İstanbulun Beyoğlu səmtində mübahisə zəminində qardaşını tapança ilə öldürən şəxs intihar edib.
Dolapdere məhəlləsi Kasap Hurşit küçəsində 4 mərtəbəli binanın üst mərtəbəsində yaşayan Murat K. ilə böyük qardaşı Kamer K. arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə böyüyərkən Kamer K. yanında olan silahla qardaşı Murat K.-ya atəş açıb.

Kamer K. daha sonra eyni silahla özünə atəş açıb. Xəbərdarlığın ardından bölgəyə polis və sağlamlıq qrupları sövq edilib.


Polis küçədə və binanın qarşısında tədbir görərkən, sağlamlıq qrupları tərəfindən iki qardaşın həyatını itirdiyi müəyyən edilib. Qruplar hadisə yerində araşdırmalarını davam etdirir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
0
aia.az

1Mənbələr