AZ

Paris olimpiadasının mükafatçısı yol qəzasında həlak olub

Fici reqbi yığmasının üzvü, Paris olimpiadasının mükafatçısı Cosay Raysuke Fransada yol qəzasında həlak olub.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 30 yaşlı idmançının idarə etdiyi avtomobili dəmir yolu keçidində qatar vurub.

Yığma üzvü hadisə yerində həyatını itirib.

Qeyd edək ki, C.Raysuke 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

FOTO QALEREYA
Seçilən
0
avtosfer.az

1Mənbələr