AZ

Avtosalonlarda "qarantiyalı satış fırıldaqlarını" dilerlərin özləri açır - rəsmi servisə 200 manat veririk ki, müştəriyə bu sözləri desinlər...


Avtomobil zəmanətlərinin "Reestrini" yaratmaq olmaz?! - yeni təklif...

Azərbaycanda avtomobil biznesi çox çətinliklə normal məcraya gəlməkdədir. Əvvəllər həm salonda, həm də internet saytları üzərindən avtomobil satan distribyuterlər və ya avtomobil dəllallari müştərilərini sığorta ilə aldadırdılar. Belə ki, əvvəllər kompyuter dizaynerlərinin köməyi ilə sığorta birkaları hazırlayıb çap edirdilər və avtomobil alan müştərilərə birkaları satırdılar.

Avtomobillə bağlı hər hansı bir sığorta hadisəsi baş verəndə məlum olurdu ki, avtomobilin sığortası yoxdur. Bir qədər sonra müştərilər artıq bu birka oyununa inanmadılar.

Ardınca isə maşın dəllalları yenə fantaziyalarını işə salaraq satdıqları avtomobili rəsmən sığortalayır, amma hər hansı bir sığorta hadisəsi baş verəndə, sığorta şirkəti min-bir bəhanə ilə hadisəni sığortalamaqdan boyun qaçırırdı. Beləliklə yenə vətəndaşın ödədiyi sığorta haqqı batırdı. Hazırda ölkədə avtomobillərin satış zamanı sığortalanmasında və sığorta hadisəsi baş verdikdə sığorta haqqının müştəriyə ödənilməsində artıq elə ciddi problem yoxdur.

Amma avtomobillərin zəmanəti ilə bağlı çox ciddi problemlər qalmaqdadır.

Belə ki, avtomobil satışı saytlarından birində yerləşdirilən anti-reklam kampaniyası bu prosesi ifşa edir. Həmin reklam resurslarında yazırlar ki, avtomobil satışı salonları yol kənarlarında fəaliyyət göstərən servislərlə əlbir olaraq vətəndaşları aldadırlar. Salon rəhbərliyi servis rəhbərliyi ilə sövdələşərək müəyyən məbləğdə rüşvət müqavilində ikinciyə tapşırır ki, mən sənin yanına nə qədər avtomobil göndərsəm müştəriyə de ki, bu avtomobil bizim "qızıl zəmanət"imiz altındadır. Bu munvalla avtomobili guya "qızıl zəmanət"lə müştəryə satırlar. Avtomobildə problem çıxanda bəlli olur ki, avtomobilin heç bir zəmanəti yoxdur. Sadəcə satıcı ilə servis əlbir olaraq müstərini aldadıb, "qızıl zəmanət"in pulunu alıb. Əvəzində də ona saxta sənədlər təqdib ediblər. Əslində bu əməl cinayət məsuliyyəti yaradır. Bu adamlar dələduzluq maddəsi ilə ittiham edilə bilər.

Avtomobil satışında sığorta məsələsi müştərilərin şikayətləri əsasında həll edildi. Buna görə həbs alanlar da, cərimə edilənlər də oldu. Amna enində-sonunda məsələ həllini tapdı.

İndi də bu məsələnin həlli üçün eyni metidlardan istifadə etmək gərəkir.

Birincisi, vətəndaş ayıq olmalıdır ki, ona verilən sənədin saxtasını orjinalından seçə bilsin və ya bunu bacaranın mütəxəssisin xidmətindən istifadə etsun.

İkincisi, müstəri bu sxem üsərindən aldadılıbsa da ruhdan düşməməli, hüquq-mühafizə orqanlarının köməyi ilə pozulmüş hüquqlarının bərpasi uğrunda mübarizə aparmalıdır. Nə qədər ki, aldadılmış müştərilər kütləvi şəkildə öz haqlarını tələb etməyəcək, o vaxta qədər də bu problem qalacaq və hər gün onlarla, bəlkə də yüzlərlə vətəndaşımiz zərərə düşəcək. Ona görə də bu cür neqativ hallarla rastlaşam hər bir avtomobil müştərisi belə hallara qarşı mübarizə aparmalıdır. Bizim bu cür hallara loyal yanaşmağımız, arxasınca düşməməyimiz belə adamlar üçün münbit şərait yaranır.

Digər tərəfdən, hökumət vətəndaşların aldadılması, bunların qarşısını almaq üçün qanunvericilik bazaşını daha da təkimləşdirməlidir.

Məsələn, avtomobil zəmanətlərinin reyesterini yaratmaq olar. Vətəndaş notariusda sənədləşmə apararkən öz avtomobilinə dair zəmanətin çıxarışının surətini də əldə etmək imkanına malik ola bilər. Bu halda belə möhtəkirliyə cəhdlərin sayı dəfələrlə azala bilər.

Akif NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr