AZ

ÇL-də həftənin rəmzi komandası bilindi - "Arsenal"dan heç kim yoxdur

UEFA-nın versiyasına görə Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Finalçı komandalarının hər birindən 4 oyunçu rəmzi komandaya daxil edilib. “İnter”i qapıçı Yan Zommer, müdafiəçi Françesko Açerbi, yarımmüdafiəçi Nikolo Barella və hücumçu Lautaro Martines, PSJ-ni isə müdafiəçilər Markinyos və Əşrəf Hakimi, yarımmüdafiəçi Fabian Ruis və vinger Xviça Kvaratsxeliya təmsil edir.

Yarımfinalda “İnter” tərəfindən mübarizədən kənarlaşdırılan “Barselona”dan "11-liy"ə üç futbolçu daxil edilib – Gerard Martin, Frenki De Yonq və Lamin Yamal. Maraqlıdır ki, yarımfinalda PSJ tərəfindən mübarizədən kənarlaşdırılan "Arsenal"dan həftənin komandasına heç kim salınmayıb.

PSJ və "İnter" arasında Çempionlar Liqasının finalı mayın 31-i şənbə günü Münhendə keçiriləcək. 

 

Seçilən
0
fanat.az

1Mənbələr