AZ

Vatikan yeni papanı seçdi


Vatikanda Sikstin kapellasının bacasından ağ tüstü çıxmağa başlayıb ki, bu da kardinalların səsvermədə yeni papa seçdiyini göstərir. Onun adı daha sonra açıqlanacaq. Roma Katolik Kilsəsinin rəhbəri vəzifəsinə namizədlər arasında Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Parolin, filippinli kardinal Luis Antonio Taqle və İtaliya Yepiskop Konfransının prezidenti Matteo Zuppi var. Yeni Roma Papasının seçilməsində 133 kardinal iştirak edib. Ümumilikdə kollec 252 nəfərdən ibarətdir, lakin konklavda 80 yaşına qədər olan seçiciləriştirak edə bilər.

Papa Fransisk aprelin 21-də vəfat edib.Onun 88 yaşı var idi. Ölümün səbəbi insult olub. Fransisk 2013-cü ilin martında XVI Benediktin taxtdan əl çəkməsindən sonra Papa oldu. Papa ilə vida mərasimi aprelin 23-dən başlayaraq Müqəddəs Pyotr Bazilikasında üç gün ərzində baş tutub.

Surxay Əliyev

Seçilən
0
1
baki-xeber.com

2Mənbələr