Hazırda nifrət səviyyəsinin kifayət qədər yüksək olmasına baxmayaraq, Rusiya ilə Ukrayna arasında barışıq baş tutacaq.
NOCOMMENT.az xəbər verir ki, bunu “Vahid Rusiya” partiyasının sədri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynada xüsusi hərbi əməliyyat haqqında əsərlər yaradan yazıçılarla görüşündə deyib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini onu da qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin bu barədə daha əvvəl danışıb.
“Hazırda qarşılıqlı nifrət çox yüksəkdir, lakin bu və ya digər şəkildə barışıq nə vaxtsa olacaq”, – Medvedev deyib.
Siyasətçi vurğulayıb ki, bu tarixi qanunlar olduğu üçün hər kəs bu vəziyyəti başa düşür.