Yeni Roma Papası seçilib.
Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Vatikanın Sikstin kapellasının bacasından ağ tüstü çıxıb.
Yeni - 267-ci Papanın kim olduğu tezliklə məlum olacaq. Belə ki, yeni seçilmiş Papa ağ Papa paltarını geyinib Müqəddəs Pyotr Bazilikasının eyvanına çıxaraq özünün Papa adını elan edəcək.
Qeyd edək ki, ağ tüstü yeni Roma Papasının seçildiyini ifadə edir. Bundan öncə iki dəfə kardinallar razılıq əldə edə bilməmişdilər və Sikstin kapellasından qara tüstü buraxılmışdı.
Xatırladaq ki, qaydalara görə, 133 kardinalın üçdə ikisinin səsini toplayan 80 yaşa qədər kardinallardan biri Papa olur.