Baku TV kanalında jurnalist Turan İbrahimovun aparıcılığı ilə yayımlanan “Analitik baxış” verilişi bu saatlarda efirdədir.
Musavat.com xəbər verir ki, Proqramda regionda baş verən siyasi hadisələr, geosiyasi gərginliklər və xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin 9 May Qələbə paradı üçün Moskvaya getməməsi əsas müzakirə mövzularındandır.
Verilişdə Musavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu və tanınmış jurnalist-analitik Azvizion.az saytının baş redaktoru Vüsal Məmmədov iştirak edir. Qonaqlar Əliyevin bu addımının arxasında dayana biləcək səbəbləri, Azərbaycanın hazırkı xarici siyasət kursunu və Rusiya-Azərbaycan münasibətlərindəki son dinamikanı təhlil edirlər.
Musavat.com verilişi canlı yayır.
Musavat.com