AZ

Yumurtalıq xərçəngi gizlicə irəliləyir: Gözardı edilməməli 9 əlamət

Yumurtalıq xərçəngi gizlicə irəliləyir:

Yumurtalıq xərçəngi qadınlar arasında ən ölümcül ginekoloji xərçənglərdən biridir. Ən böyük təhlükəsi isə uzun müddət heç bir əlamət verməməsi və əlamətlər ortaya çıxdıqda artıq irəli mərhələdə olmasıdır

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qadın xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Mete Güngör bu məkirli xəstəliyin gənc yaşlarda da artdığını bildirir.

Bu xərçəng adətən bel, qarın və qasıq ağrısı, qarında şişlik və qaz, halsızlıq, tez-tez və ya çətin sidiyə çıxma, qəbizlik, bağırsaq fəaliyyətində dəyişiklik və səbəbsiz qanaxma kimi əlamətlərlə özünü göstərir. Bu əlamətlər spesifik olmasa da, davamlı olduqda mütləq həkimə müraciət edilməlidir.

Yumurtalıq xərçəngi riskini artıran amillər arasında genetik meyillilik, artıq çəki, siqaret, hormon balanssızlığı və qeyri-sağlam həyat tərzi yer alır. Xəstəlik hər yaşda görülə bilər, lakin son illərdə gənclər arasında daha çox yayılır. Təəssüf ki, skrininq üçün effektiv bir test yoxdur. Bu səbəblə, ildə bir dəfə ginekoloji müayinə çox önəmlidir.

Prof. Dr. Güngör qeyd edir ki, qadınların çoxu bu xəstəliyin adını ilk dəfə həkim otağında eşidir. Halbuki sadə vərdişlərlə erkən diaqnoz mümkündür: müntəzəm müayinə, sağlam qidalanma, idman və siqaretdən uzaq durmaqla risk azaldıla bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr