Ermənistan Hava Yolları altı ay müddətinə uçuşlar həyata keçirmək imkanından məhrum edilib.
Sfera.az-ın xəbərinə görə, bu barədə ölkənin Mülki Aviasiya Komitəsindən məlumat verilib.
Aviadaşıyıcının kommersiya uçuşları həyata keçirməsinə imkan verən hava gəmisinin operatoru sertifikatı (Air Operator Certificate) dayandırılıb. Bu, hava yollarında yararlı təyyarələrin və ya icarə müqavilələrinin olmaması ilə əlaqədardır.
Sertifikatın fəaliyyətinin dayandırılması ilə bağlı qərar 6 may tarixində qəbul edilib. Əgər şirkət 6 ay ərzində yararlı təyyarələri və ya təyyarə lizinq müqavilələrini komitəyə təqdim etməzsə, o zaman birdəfəlik olaraq sertifikatdan məhrum ediləcək. (oxu.az)