Bakı. Trend:
Bu gün Tallin şəhərində Azərbaycan Respublikasının Xarici İşlərNazirliyi ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyiarasında konsulluq məsləhətləşmələri keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, məsləhətləşmələrdə Azərbaycannümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlərNazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Estoniyanümayəndə heyətinə isə Estoniya Respublikasının Xarici İşlərNazirliyinin Konsulluq idarəsinin baş direktoru Tiina Nirkrəhbərlik edib.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasındaəlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədəikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanlarımüzakirə edilib.
Bundan əlavə, hər iki ölkənin vətəndaşlarının hüquq vəmaraqlarının müdafiəsi ilə əlaqədar effektiv konsulluq yardımınıngöstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinətoxunulub, Azərbaycan Respublikasının və Estoniya Respublikasınınviza siyasətinə dair fikir mübadiləsi aparılıb.
Müasir dövrün çağırışlarına uyğun olaraq konsulluq xidmətləriningöstərilməsində əlçatanlığının və çevikliyin təmin edilməsiməqsədilə bu istiqamətdə rəqəmsallaşmanın və elektron xidmətlərintətbiqinin əhəmiyyəti vurğulanıb. Bu sahədə iki ölkə arasındatəcrübə mübadiləsi həyata keçirilib.
Azərbaycan Respublikası ilə Estoniya Respublikası daxili işlərorqanları arasında əlaqələrin qurulması, miqrasiya, elm və təhsilsahələrində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə bir sıratəkliflər nəzərdən keçirilib.