Birinci Liqada 25-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
"Qəbələ" evdə "Cəbrayıl"ı məğlub edib. "Difai" isə səfərdə "Baku Sportinq" üzərində əzmkar qələbə qazanıb.
Turun qalan oyunları sabah keçiriləcək.
Birinci Liqa
25-ci tur
8 may
"Qəbələ" - "Cəbrayıl" 3:1
Qollar: S.İbrahimov, 39-öz qapısına. U.İsmayılov, 60. D.Massumo, 80 - T.Qarayev, 78.
"Baku Sportinq" - "Difai" 1:2
Qollar: E.Abdullayev, 69 - A.Atakişiyev, 86. X.Məmmədli, 90+1.