AZ

Kallas: Aİ-nin Rusiyaya qarşı yeni sanksiyaları bir çox yeni məhdudiyyətləri əhatə edəcək

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas bildirib ki, Rusiyaya qarşı 17-ci sanksiyalar paketi bir çox yeni məhdudiyyətləri, o cümlədən Aİ-nin Rusiya ilə əlaqələndirdiyi gəmilərə qarşı genişləndirilmiş tədbirləri əhatə edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Onun çoxlu yeni məhdudiyyətləri olacaq, siz “kölgə donanması” dediniz – bəli, orada olacaq”, – Avropa diplomatiyasının rəhbəri bildirib.

Mayın 7-də Amerikanın Bloomberg agentliyi xəbər verib ki, Aİ “Surqutneftegaz” şirkəti və VSK sığorta şirkətlərini 17-ci sanksiyalar paketinə daxil etmək niyyətindədir. Agentlik Avropa Komissiyasının təsdiq üçün Aİ ölkələrinə göndərdiyi sənədlərə istinadən yazır ki, 17-ci sanksiyalar paketi “sadələşdiriləcək”.

Yeni paketə 60 fiziki və hüquqi şəxsin, həmçinin 150 tankerin qara siyahıya salınması gözlənilir. Eyni zamanda Bloomberg qeyd edir ki, sanksiyalar paketi hər hansı yeni ticarət-iqtisadi tədbirləri nəzərdə tutmur.

Seçilən
0
nocomment.az

1Mənbələr