AZ

Rusiyanın iki hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Murmansk və Apatitov hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün Telegram kanalında bildirib.

Onun sözlərinə görə, saat 18:21-dən etibarən hava limanları uçuşların qəbulunu və göndərilməsini müvəqqəti dayandırıb.

“Təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər”, – Korenyako vurğulayıb.

Seçilən
0
nocomment.az

1Mənbələr