"Elgizlə izlə verilişində gərgin anlar yaşanıb.
Axşam.az xəbər verir ki, verilişdə aktrisa Sonaxanım Əliyeva ilə Nəzakət adlı iştirakçı dava edib.
Belə ki, toylara aşağı qonorar qarşılığında çıxmaq istəmədiyini söyləyən iştirakçının sözləri Sonaxanımı özündən çıxarıb. Aktrisa hələ ona bunun üçün tez olduğunu deyib:
"Sizin dediyiniz səviyyəyə hələ çatmaq lazımdır ki, ev yiyəsi şəxsən sizə zəng vurub dəvət etsin. Mən musiqiçilərlə birlikdə oxumuşam. Heç vaxt da deməmişəm ki, musiqiçilərlə oxumağa getməyəcəyəm. Mənə "sən" yox, "siz" deyə müraciət et".
Mübahisənin davamında Sonaxanımın mikrafonu söndürülüb. O, efiri tərk edib və veriliş reklam fasiləsinə ayrılıb. Lakin daha sonra iştirakçının təzyiqi qalxıb və efirdə halı pisləşib. Ona ilkin yardım göstərilib.