"Napoli" "Mançester Siti"nin sol cinah oyunçusu Cek Qrilişlə maraqlanır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Məlumata görə, İtaliya komandası yay transfer pəncərəsi zamanı futbolçu ilə müqavilə imzalamaq niyyətindədir.
Cek bu mövsüm 31 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.