"Ermənistan Hava Yolları" aviaşirkəti yarım il müddətinə uçuşlar həyata keçirmək imkanından məhrum edilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Hava daşıyıcısına kommersiya uçuşlarını həyata keçirməyə imkan verən sertifikat (Air operator certificate) qüvvədən salınıb. Bu, aviaşirkətin yararlı təyyarələrinin və ya onların icarəsi haqqında müqavilələrinin olmaması ilə əlaqədardır.
Sertifikatın qüvvədən salınması haqqında qərar mayın 6-da qəbul edilib. Əgər 6 ay ərzində şirkət Komitəyə yararlı təyyarələr və ya təyyarələrin lizinqi haqqında müqavilələr təqdim etməsə, sertifikat tamamilə ləğv ediləcək.