AZ

“Azəristiliktəchizat” köhnə qazanxanaların təmiri ilə bağlı müqavilə imzaladı

BAKI, 8 may. TELEQRAF

“Azəristiliktəchizat” ASC balansında olan köhnə tipli qazanxanaların yenidən qurulması və modernizasiyası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Teleqraf xəbər verir ki, balansında olan 7 ədəd köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiyası işləri üzrə layihələndirmə işlərinin satınalınması üçün qurum "BİMD" QSC ilə müqavilə imzalayıb.

Xatırladaq ki, açıq tender elan olunarkən satınalınan işlərin ehtimal olunan qiyməti 266 min 382,35 manat idi, lakin qurum şirkətlə 98 min manata razılaşa bilib.

Müqavilə ilə bağlı işlərə mayın 7-dən başlanılıb, yanvarın 30-da bitəcək.

Qeyd edək ki, “BIMD” QSC tikinti obyektlərinin layihə-smeta sənədlərinin işlənib hazırlanması, layihələndirmə, bərpa, müəllif nəzarəti, beynəlxalq layihələrin adaptasiyası, lazer ölçmə və 3D modelləşdirmə fəaliyyətləri üzrə xidmətlər təqdim edir.

Şirkət daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi kimi dövlət təşkilatlarının elan etdikləri bir neçə tenderin qalibi olub. “BIMD” şirkəti Şuşa Qalasının bərpası layihəsinin ilk mərhələsini icra edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr