London, 8 may, AZƏRTAC
Azərbaycan, BƏƏ və Braziliya iqlim tədbirlərinə dair yol xəritəsinin hazırlanması istiqamətində ciddi irəliləyişlər əldə ediblər. Söhbət Belen yol xəritəsindən gedir. Bu prosesdə Azərbaycanın fəallığı və təşəbbüskarlığı mühüm rol oynayıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İmperial Kollecinin Biznes Məktəbində İqlim Maliyyəsi və İnvestisiya Mərkəzinin rəhbəri professor Maykl Uilkins deyib. Maykl Uilkins əlavə edib ki, COP-a ev sahibliyi edən ölkələr arasında əməkdaşlıq iqlim gündəliyinin irəliləməsi baxımından fundamental əhəmiyyət daşıyır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London