Ağsuda iki nəfər zəhərlənib.
Viral.az APA-ya istinadən xəbər verir ki, Ağsunun Daşdəmirbəyli kənd sakinləri – 1989-cu il təvəllüdlü Nizami Bağırov və 1986-ci il təvəllüdlü Rza Babaşov zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
İlkin ehtimala görə, onlar pomidordan zəhərləniblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.