"Liverpul" futbolçusu Trent Aleksander-Arnolda əvəz axtarır.
QOL.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Leverkuzen "Bayer"inin futbolçusu Jeremi Frimponqu hədəfləyib.
Almaniya təmsilçisi niderlandlı oyunçunu 30 milyon funt sterlinqə (35,4 milyon avro) buraxa bilərlər. "Liverpul" bu məbləği futbolçunun real bazar dəyərindən aşağı hesab edir. Lakin mersisaydlılar bu transferdə "Mançester Siti" və "Seltik"in rəqabəti ilə üzləşə bilər.
Qeyd edək ki, daha öncə Trent Aleksander-Arnold yayda "Liverpul"u tərk edəcəyini açıqlamışdı. Mətbuatda olan xəbərlərə əsasən, o, "Real"a keçəcək.