BAKI, 8 may. TELEQRAF
"Türk Hava Yolları"və Rusiya Nəqliyyat Nazirliyi arasında əldə edilən razılaşmaya əsasən, mayın 9-dan etibarən Türkiyə ilə Rusiya arasında hava nəqliyyatı tam həcmdə bərpa olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Rosaviatsia"məlumat verilib.
Bildirilib ki, mayın 8-də ləğv olunan bütün reysləri "Azur Air" və "SouthWind" aviaşirkətləri icra edəcək.
Eyni zamanda, "Türk Hava Yolları" mayın 9-da uçuş cədvəlinə əlavə reyslər daxil etmək imkanını nəzərdən keçirir.
Qeyd edək ki, bu qərar son günlərdə iki ölkə arasında hava nəqliyyatı ilə bağlı yaşanan müvəqqəti fasilədən sonra gediş-gəlişin normallaşması baxımından mühüm əhəmiyyət daşıyır.