AZ

"Beyrutda Hizbullah, Qəzzada Həmas, Yəməndə Husilərə etdiyimizi Tehrana da edə bilərik" - İsrael Katz

İsrailin müdafiə naziri İsrael Katz Yəməndəki husilərlə bağlı paylaşımında İrana hücumla hədələyib.

"Haaretz" qəzetinin məlumatına görə, Katz husilərin İsrailə hücumlarını davam etdirəcəyi təqdirdə Tehran hökumətini İrana hücumla hədələyib .

Husilər şənbə günü Təl-Əvivin Ben Qurion hava limanı yaxınlığında raket hücumu həyata keçirib, İsrail isə bir neçə gün sonra Yəmənin paytaxtı Sənadakı hava limanını vurub. ABŞ husilərlə atəşkəs əldə edildiyini açıqlasa da, husilər İsrailin bu atəşkəsə daxil olmadığını bildiriblər.

"HƏR ŞEYƏ HAZIRLIQ"

Katz bu səhər sosial media platforması X-dəki hesabında paylaşdığı bir yazıda, "İsrail özünü hər hansı təhlükə və ya düşmənə qarşı müdafiə edə bilməlidir" deyib.

“Husilər bizə atəş açmağa davam edərlərsə, İsraildən ağır zərbələr almağa davam edəcəklər” deyən Katz, İsrail ordusunun “hər hansı bir missiyaya hazır olduğunu” bildirib.

Seçilən
0
aznews.az

1Mənbələr