AZ

ABŞ Böyük Britaniya ilə ilk ticarət razılaşmasını əldə edib

Vaşinqton, 8 may, AZƏRTAC

Tramp Administrasiyası Böyük Britaniya ilə ilk ticarət razılaşmasını əldə edib.

AZƏRTAC-ın məlumatına görə, Prezident Donald Tamp Ağ evdə görüş zamanı sazişin əldə olunduğunu bəyan edərək hər iki ölkənin iqtisadi təhlükəsizliyinin milli təhlükəsizlik məsələsi olduğunu açıqlayıb. O bildirib ki, tərəflər polad kimi əsas texnologiyalar və sənayelər üçün lazım olan güclü sənaye bazası, ixraca nəzarət və müdafiə sistemi təmin etmək üçün birlikdə çalışacaqlar.

Görüşə telefon vasitəsilə qoşulan Böyük Britaniyanın Baş naziri Kir Starmer sazişin detallarını açıqlamasa da, tarixi razılaşma əldə edildiyini və gələcək əməkdaşlıq üçün çox yaxşı platforma qurulduğunu deyib. Görüşdə iştirak edən ABŞ ticarət katibi Hovard Lutnik saziş barədə detalları bir qədər açıqlayaraq 10 faizlik ticarət tarifinin qalacağını və ABŞ-ın bazara daha çox çıxış açacağını deyib. Bildirib ki, bu, Amerika ixracı üçün 5 milyard dollarlıq əlavə imkan yaradacaq.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
0
4
azertag.az

5Mənbələr