AZ

Əlilliyi olan şəxsə dövlət tərəfindən pulsuz verilən dərmanlar niyə dayandırılıb?VİDEO

Sovet dövründə Əfqanıstanda xidmət edərkən aldığı güllə yarası 40 ildən çoxdur ki, sağalmır. Bu azmış kimi, dövlət tərəfindən ona pulsuz verilən dərmanlar da dayandırılıb.

Ömürlük 2-ci qrup əlillik dərəcəsi təyin edilən Ağsu rayon sakini Elçin Hacıməmmədov üzləşdiyi problemlə bağlı "Xəzər Xəbər"ə müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, şikayətçi Elçin Hacıməmmədov deyir ki, sovet dövründə Əfqanıstanda xidmət etdiyi zaman sol ayağından aldğı çoxsaylı güllə yarasından sonra ona ömürlük 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Dövlət tərəfindən hər ay evdə ambulator müalicə üçün ona dərmanlar pulsuz verilib. Lakin son 6 ay ərzində dərmanların verilməsi dayandırılıb. 

Elçin Hacıməmmədov üzləşdiyi problemlə bağlı qeydiyyatda olduğu xəstəxanaya da müraciət edib. Lakin ona infeksion xəstəliklərə görə dərmanların verilməsinin dayandırıldığı bildirilib.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Bildirildi ki, Nazirlər Kabinetinin qərarına əsasən, Səhiyyə Nazirliyinin təsdiq etdiyi "İmtiyazlı qruplara daxil olan xəstələr üçün dərman preparatlarının və tibbi ləvazimatların siyahısı"nda nəzərdə tutulduğu təqdirdə, imtiyazlı qruplarda olan vətəndaşlar dərmanlarla təmin edilir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən o da qeyd edilib ki, vətəndaşın tələb etdiyi dərman vasitələri və tibbi sərf icbari tibbi sığortanının xidmətlər zərfinin ambulator müalicə üçün nəzərə tutulan siyahısına daxil deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
0
1
xezerxeber.az

2Mənbələr