AZ

5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun

Gündəlik stress, həddindən artıq yorğunluq və yuxusuzluq – baş ağrısı və saç tökülməsinin əsas səbəbləridir. Amma bu problemlərin qarşısını almağın sadə və xoş bir üsulu var – baş dərisinin masajı.

Bu masaj təkcə rahatladıcı təsir göstərmir, həm də qan dövranını aktivləşdirərək sağlam saçların böyüməsinə kömək edir.

Masajı necə etmək olar?

Tanınmış bərbər Kristof Robin baş dərisi masajını müntəzəm etməyi tövsiyə edir. Onun sözlərinə görə, bu masaj:

baş dərisindəki gərginliyi azaldır,

saç böyüməsini stimullaşdırır

və ümumi əhval-ruhiyyəni yaxşılaşdırır.

Tövsiyə

Masajdan əvvəl barmaqlarınızın uclarını jojoba yağı və ya badam yağı ilə yüngül nəmləndirmək olar, lakin bu məcburi deyil.

Addım-addım 5 dəqiqəlik masaj:

Başınızı önə əyin – bu zaman qan baş dərisinə doğru axacaq. (Alternativ olaraq, yataqda uzanaraq başınızı bir tərəfə də sala bilərsiniz.)

Başınızı düzəldin və aşağıdakı 4 addımı yerinə yetirin

Barmaqla masaj hərəkəti

Başın ortasından başlayaraq barmaqlarınızla saçları aşağı doğru "daraq" kimi darayın. Dəriyə təzyiq edin ki, barmaqlarınız dərini hiss etsin. Dırnaqlardan istifadə etməyin – bu, dərini zədələyə bilər. Hərəkəti alnınızdan başlayıb ensəyə qədər edin.

Dairəvi ovuşdurma

Barmaqlarınızı başın hər iki yanına qoyun və dairəvi hərəkətlərlə masaj edin. Bu dairəvi ovuşdurmanı saç çıxan yerlər boyunca da edə bilərsiniz.

Yüngül barmaq döyməsi (piano effekti)

Başın hər yerinə sanki pianoda çalırsınızmış kimi barmaqlarınızla yüngülcə döyünSaç xəttini (tökülmənin baş verdiyi sahələri) də unutmayın.

Saç tutaraq yüngül dartma

Saçınızdan kiçik tutamlar götürün və onları ehmalca çölə tərəf dartın. Bu, köklərin aktivləşməsinə və dövranın yaxşılaşmasına kömək edir. Özünə qulluq mütləq pula başa gəlməli deyil – baş dərisinə qulluq da buna daxildir.

Baş dərisi masajı nə zaman olmaz?

Masajın faydaları çox olsa da, bəzi hallarda onu etmək məsləhət görülmür, çünki vəziyyəti pisləşdirə və ya ağırlaşmaya səbəb ola bilər.

Əsas əks göstərişlər

Dəri xəstəlikləri

Göbələk infeksiyaları (məsələn, dəmrov, dermatofitoz)

Əzələ (ekzema), sədəf xəstəliyi (psoriaz) – kəskin mərhələdə

İrinli səpgilər

Allergik reaksiyalar, mənşəyi bilinməyən qaşınma və qızartılar

Dəri zədələri

Açıq yaralar, cızıqlar, yanıq və kəsiklər

İnfeksion xəstəliklər

Soyuqdəymə, qrip, bədən temperaturunun yüksəlməsi və ümumi halsızlıq zamanı masaj məsləhət deyil.   (lent.az)

Seçilən
0
musavat.com

1Mənbələr