"Liverpul" qarşıdan gələn transfer pəncərəsində "Atletiko Madrid"in hücumçusu Julian Alvaresi əsas hədəflərindən biri kimi nəzərdən keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, klub Alvaresi almaq üçün mümkün olan hər şeyi etməyə, o cümlədən maddi təzminat və oyunçularından birinin - Darvin Nunesin satırlmasına hazırdır.
25 yaşlı argentinalı əla mövsüm keçirərək Madrid klubunda 51 matçda 27 qol vurub və 5 məhsuldar ötürmə edib.