Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş başa çatıb.
Viral.az xəbər verir ki, Rusiya-Çin yüksək səviyyəli danışıqları ümumilikdə təxminən 7,5 saat davam edib.
Putin və Si Cinpin mətbuat qarşısına çıxıblar və təntənəli şəraitdə iki birgə bəyanat imzalayıblar. Nümayəndə heyətləri həmçinin dövlətlərarası saziş daxil olmaqla sənədlər paketinə imza atıblar.
Son Yazılar:
- Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam ETDİ
- Tokayev Venesueladan olan həmkarı ilə GÖRÜŞDÜ
- Bu klublara Premyer Liqada iştirak üçüm lisenziya VERİLDİ
Çin lideri təkbətək və geniş tərkibdə keçirilən danışıqlardan, eləcə də çay süfrəsi arxasında keçirilən qeyri-rəsmi söhbətdən sonra Kremlin binasını tərk edib.
Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Rusiyada dörd günlük rəsmi səfərdədir.