Kiyev vilayətinin Soviyevskaya Borşaqovka kəndi yaxınlığında naməlum şəxs kütləyə atəş açıb, nəticədə bir neçə nəfər ölüb.
APA “unian”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə yerli vaxtla saat 15:22-də qeydə alınıb. Əraziyə müvafiq qurumların əməkdaşları gəlib.