AZ

Bekhem və Nevill İngiltərədə klub alır

İngiltərənin 4-cü divizion klubu "Salford Siti"nin yeni sahibləri bilinib.

"Mançester Yunayted"in keçmiş futbolçuları Devid Bekhem və Qari Nevill İngiltərənin dördüncü divizionunda çıxış edən "Salford Siti"nin sahibi olublar.

Operativ Media xəbər verir ki, bu haqda "The Athletic" məlumat yayıb.

Klubun əvvəlki sahibinin gedişindən sonra Piter Lim, Bekhem və Nevill komandanın performansını yaxşılaşdırmaq üçün bir neçə ay investisiya tərəfdaşları axtarırdılar.

Keçmiş "Mançester Yunayted" oyunçuları nəhayət ABŞ-nin "Consello" konsaltinq şirkətinin yaradıcısı Deklan Kelli və Laun Tennis Assosiasiyasının sədri Lord Mervin Deyvis ilə birləşdilər. Onlar birlikdə "Salford Siti" idarə heyətinin həmsədrləri olacaqlar.

Seçilən
0
operativmedia.az

1Mənbələr