BAKI, TurkicWorld
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlu, partiyanın 38-ci Qurultayında pul qarşılığında səs verildiyi iddiaları ilə bağlı başladığı istintaq çərçivəsində Ankara Baş Prokurorluğu tərəfindən zərərçəkmiş statusunda ifadə verməyə çağırılıb.
TurkicWorld-un məlumatına görə, Baş Prokurorluğun Siyasi Partiyalar Haqqında Qanunun 112-ci maddəsi və digər müvafiq qanunvericiliyə əsasən apardığı istintaq davam edir. İstintaq Mətbuat Cinayətləri İdarəsi tərəfindən həyata keçirilir.
İndiyədək aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış və korrupsiya ittihamı ilə həbs olunmuş Əkrəm İmamoğlunun da olduğu 90 nəfər şübhəli qismində ifadə verib. Eyni zamanda 36 nəfərin şahid qismində ifadəsi alınıb.
Digər tərəfdən, keçmiş Hatay Bələdiyyə Başçısı Lütfü Savaş və bəzi qurultay nümayəndələri, CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirdiyi qurultayın ləğvi üçün mülki məhkəmələrdə ayrı-ayrılıqda iddia qaldırıblar.
Həmin iddialar Ankara 42-ci Asliye Hüquq Məhkəməsində birləşdirilib və məhkəmə işi 26 may tarixində davam etdiriləcək.