AZ

Kraliça Elizabetin bir ev qiymətinə üzərində daşıdığı broşlar

Kraliça II Elizabetin broş kolleksiyası yalnız qiymətli daşlarla deyil, həm də tarixi və simvolik mənaları ilə zəngindir. Onun rəsmi tədbirlərdə taxdığı broşlar bəzən Londonda bir malikanə, Bakıda isə onlarla mənzil qiymətində olurdu. 

Valyuta.az kraliçanın ən diqqətəlayiq broşlarından bəzilərini təqdim edir:

"Granny’s Chips" broşu

Bu broş, "Cullinan" almazından kəsilmiş iki böyük daşdan hazırlanıb və Kraliça Mariya tərəfindən Kraliça Elizabetə hədiyyə edilib. Broşun ümumi dəyəri təxminən 50 milyon funt sterlinqdir. (113 milyon manat)

"Williamson" çəhrayı almaz broşu

1947-ci ildə Kanadalı geoloq Con Uilyamson (John Williamson) tərəfindən Kraliça Elizabetə toy hədiyyəsi olaraq təqdim edilmiş bu broş, 23.6 karatlıq nadir çəhrayı almazdan hazırlanıb. Təxmini dəyəri 50 milyon funt sterlinqdir.

"Prins Albert" broşu

1840-cı ildə Prins Albert tərəfindən Kraliça Viktoriyaya toy hədiyyəsi olaraq təqdim edilmiş bu safir və almaz broş, Kraliça Elizabetə miras qalmışdır. Təxmini dəyəri 8 milyon funt sterlinqdir. (18.08 milyon manat)

"Cambridge və Delhi Durbar" broşu

Bu broş "Delhi Durbar" kolyesinin bir hissəsi olaraq 1911-ci ildə Kraliça Mariya üçün hazırlanıb. İki böyük smaragd daş və almazlarla bəzədilmiş bu broş Kraliça II Elizabet tərəfindən rəsmi tədbirlərdə tez-tez taxılıb. Təxmini dəyəri 1,5–2 milyon funt sterlinq arasında qiymətləndirilir. (3.39 milyon - 4.52 milyon manat)

"Queen Victoria's Diamond Bow" broşları

Kraliça Viktoriyanın 1858-ci ildə sifariş etdiyi bu broşlar üç ədəddir və almazla bəzədilib. Kraliça Elizabet onları tez-tez birlikdə taxırdı. Hər biri təxminən 1 milyon funt sterlinq (2.26 milyon manat) dəyərində qiymətləndirilir.

Maya Hüseynova

Seçilən
0
valyuta.az

1Mənbələr