AZ

Hindistanın baş naziri Pakistanla hərbi eskalasiyaya münasibət bildirib

Hindistanın baş naziri Narendra Modi Pakistanla aralarında yaşanan hərbi eskalasiya ilə bağlı ilk dəfə çıxış edərkən “daimi sayıqlıq” və “aydın ünsiyyət”ə çağırıb.

Herbiand.az bu barədə CNN-ə istinadən xəbər verir.

Hökumət nazirlərinin yüksək səviyyəli iclasında çıxış edən Modi qonşu Pakistanla düşmənçilik şəraitində güclü daxili koordinasiya və möhkəmliyin zəruriliyini vurğulayıb.

Bundan əvvəl Hindistanın müdafiə naziri Racnat Singh siyasi liderlərlə görüşdə ölkəsinin Pakistandakı hədəflərə qarşı hərbi əməliyyatın davam edildiyini bildirib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr