AZ

Aİ Ukraynanın NATO-ya üzvlüyü məsələsində geri çəkilməyəcək

BAKI, 8 may. TELEQRAF

Avropa İttifaqının (Aİ) xarici işlər naziri Kaja Kallas bəyan edib ki, Aİ Ukraynanın demilitarizasiyası və qoşulmama statusuna dair hər hansı şərtləri qəbul etmir.

Teleqraf xəbər verir ki, bu barədə Kallas Varşavada Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.

"Biz nazirlərlə mümkün sülh yolu ilə nizamlanma prinsiplərini müzakirə etdik", - deyə o bildirib.

Onun sözlərinə görə, Aİ Ukraynanın NATO-ya üzvlüyü məsələsində geri çəkilməyəcək və Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzv kimi qəbul olunması istiqamətində israrını davam etdirəcək.

Seçilən
0
3
teleqraf.com

6Mənbələr