Misir prezidenti Əbdülfəttah əs-Sisi İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya gəlib.
Referans xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd edək ki, Əbdülfəttah əs-Sisi cümə günü, mayın 9-da Moskvada Qırmızı Meydanda keçiriləcək paradda iştirak edəcək.
Bundan əvvəl Bosniya və Herseqovinanın Serb Respublikasının prezidenti Milorad Dodik, Belarus prezidenti Aleksandr Lukaşenko və Efiopiya prezidenti Taye Atske-Selassie Rusiyanın paytaxtına gəliblər.
Bildirilir ki, qələbə günü tədbirində 27 xarici ölkə liderinin iştirakı gözlənilir. Öz növbəsində Azərbaycan və Laos liderləri İlham Əliyev və Txonqlun Sisulit Moskvaya getməkdən imtina ediblər./publika.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta