AZ

Jurnalistlərə ŞAD XƏBƏR — Bank rəhbəri AÇIQLADI

“Dövlət sosial ipoteka üçün elə şərtlər təyin edib ki, ondan daha yaxşı şərtlər onsuzda mümkün ola bilməz”.

Bunu Demokrat.az-ın jurnalistlərə ipoteka kreditlərinin verilməsi ilə bağlı sualına cavab olaraq Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. 

O qeyd edib ki, sosial ipotekada kifayət qədər güzəştli şərtlər var, onlardan biri də jurnalistlərimiz üçün nəzərdə tutulur:



“Biz də İpoteka və Kredit Zəmanət Fondunun agent banklarından biriyik. Sosial ipotekanın limitlərini İpoteka Fondu ayırır. Tələb çox olduğu üçün limitdən kifayət qədər sürətli istifadə olunur”. 


Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
0
2
demokrat.az

3Mənbələr