Ermənistan Respublikasının Silahlı Qüvvələrində əmrlərin icrasına düzgün münasibətlə bağlı problemlər mövcuddur.
Herbiand.az bildirir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan mayın 8-də Milli Assambleyanın iclasında Baş Prokurorluğun 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabatın müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Baş Prokurorluğun əsas diqqəti ordunun müxtəlif hücumlardan qorunmasına yönəlib: “Bunun çərçivəsində zabit korpusu ilə mütəmadi görüşlər nəzərdə tutulub. Görüşlər sadə işçi müzakirələri formatında keçirilir. Mən orduda mövcud olan “dedovşina”nın səbəbini anlamağa çalışacam”.
Baş prokuror vurğulayıb ki, onun üçün ən azı cinayət işi çərçivəsində icrası və sərəncamlara düzgün münasibətlə bağlı aşkar problemlər var: “Bu, hərbi rəhbərlikdəki boşluqların və müxtəlif subkulturaların toqquşmasının nəticəsidir”.
Bəxtiyar CƏFƏRLİ