Bakı. Trend:
Norveç Krallığının Oslo şəhərində fəaliyyət göstərən AzərbaycanEvində bu ölkədəki Azərbaycan icması ilə görüş keçirilib.
Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, görüş Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarındankeçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yadedilməsi ilə başlayıb.
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ)Norveç üzrə koordinatoru, Norveç Azərbaycanlıları GənclərTəşkilatının (NAYO) təsisçisi və Oslo Azərbaycan Evinin rəhbəriRamil Əliyev Oslo Azərbaycan Evinin və evin nəzdindəki həftəsonuməktəbinin fəaliyyəti barədə məlumat verib. Həftəsonu məktəbininAzərbaycan dili müəllimi Arzu Rzayeva məktəbdə tədrisinsəviyyəsindən və uşaqların dərslərə marağından danışıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevkomitənin və onun nəzdindəki Azərbaycan Diasporuna Dəstək Fondununlayihələrindən bəhs edib.
“Prezident İlham Əliyevin tövsiyələri əsasında hər il dünyanınmüxtəlif ölkələrində Azərbaycan Evləri və onların nəzdindəhəftəsonu məktəbləri açılır. Artıq 19 ölkədə 30 Azərbaycan Evi varvə həmin evlər təkcə azərbaycanlılar üçün deyil, həm də bizə dostolan diasporlar üçün açıq müzakirə məkanıdır” - öz çıxışında bufikirləri səsləndirən sədr müavini həmin evlərin və məktəblərinsoydaşlarımızın şəbəkələşməsində böyük rola malik olduğunu davurğulayıb.
Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya vəDanimarkadakı səfirliyinin birinci katibi Əskər Nağıyev bildiribki, Norveçdəki Azərbaycan icması çox fəaldır, ölkəmizlə bağlıhəqiqətlərin yerli və beynəlxalq cəmiyyətə çatdırılmasında xüsusirola malikdir.
Görüş fikir mübadiləsinin aparılması və soydaşlarımızınsuallarının cavablandırılması ilə davam edib.
Daha sonra keçirilən seçkidə Norveç Azərbaycanlıları GənclərTəşkilatının sədri Fariz Rzayev Skandinaviya AzərbaycanlılarıKoordinasiya Şurasına Norveç üzrə koordinator seçilib.
Qeyd edək ki, xaricdəki Azərbaycan Evləri, ölkəmizin Birincivitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə açılan Qarabağməktəbləri, həmçinin 100-dən çox həftəsonu Azərbaycan məktəbiuğurla işləyir və yeni nəsil diaspor üçün mühüm platformayaçevrilib.