AZ

Vatikanda qəribə adətlər: Katolik kardinallara bunlar qadağandır

Katolik kardinalları Vatikanda başlayan Konklav üçün Sikstin kapellasına toplaşıblar. Konklavı müşayiət edən məxfilik şəraiti daxilində kardinalların əməl etməli olduqları bir sıra qeyri-adi qaydalar mövcuddur.

KONKRET.az xəbər verir ki, Qərb dünyasının ən möhtəşəm binalarından biri olan Sikstin kapellasında toplanan kardinallar yeni Papa seçilənə qədər xarici dünya ilə bütün əlaqələrini kəsməli olurlar.

Lakin bu təcrid sadəcə qapıların kilidlənməsi, cib telefonlarının bloklanması və xarici ünsiyyətə qoyulan qadağalarla məhdudlaşmır. Məxfiliyin qorunması üçün daha fərqli addımlar da atılır.

Xaricə heç bir məlumatın sızmamasını təmin etmək məqsədilə hətta yeməklər belə diqqətlə nəzarət altına alınıb. Qızardılmış toyuq, doldurulmuş ravioli, piroq və riqatoni kimi bəzi qidalar gizli mesaj ötürmək üçün istifadə edilə biləcəyindən menyudan çıxarılıb.

Kardinalların qaldığı yataqxanada bütün yeməklər yalnız məxfilik andı içmiş rahibələr tərəfindən hazırlanır. Bu addımların hər biri, konklav zamanı tam təcrid və şəffaf olmayan mühitin təmin edilməsinə yönəlib.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr