May ayının 8-də YAP Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri və ƏPT sədrləri ilə yanaşı keçirilmiş mini futbol və şahmat turnirlərinin, bədii qiraət və inşa müsabiqələrinin qalibləri də iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açmış, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin və xalqımıza Qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi və misilsiz xidmətləri, dövlətçiliyin qorunması istiqamətində həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti, ölkəmizin hərtərəfli inkişafı ilə bağlı gördüyü işlər barədə geniş çıxış etdi.
Rövşən Əhmədov çıxışında ölkəmizin stabil və dayanıqlı inkişafının, beynəlxalq təhlükəsizlik sistemində layiqli yer tutmasının əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplərin önəmli rol oynadığını, bu prinsiplərə əsaslanan sosial-iqtisadi siyasətin günümüzdə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini qeyd etdi.
Tədbirdə Ağcabədi şəhər 3 saylı məktəb-liseyin direktoru, ƏPT sədri Mətanət Quliyeva, Ağcabədi şəhər İcra Nümayəndəliyi ƏPT sədri İbrahim Cəfərov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor müavini Afət Zeynalova və Ağcabədi Pedoqoji Kollecin tələbəsi Aysel İsayeva çıxış edərək, Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və ərazi bütövlüyümüzün qorunmasına əvəzsiz töhfələr vermiş Ulu Öndər Heydər Əliyevin Vətənə sədaqətlə və xalqa fədakarlıqla göstərdiyi xidmətlərindən danışdılar.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilmiş turnir və müsabiqələrin qalibləri YAP Ağcabədi rayon təşkilatı tərəfindən kubok, medal və Fəxri Fərmanlarla təltif edilmiş, hədiyyələrlə mükafatlandırılmışdır.
Tədbirdə bir qrup yubilyar ƏPT sədri və partiya fəalına da Fəxri Fərman və hədiyyələr təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə tdbirə yekun vurulub.
Sonda tədbir iştrakçıları xarirə səkli çəkdirmişlər.