Almaniyada aparılan bir araşdırmaya görə, 2024-cü ildə Berlində körpələrə ən çox verilən adlar Məhəmməd və Sofiya olub.
KONKRET.az xəbər verir ki, Alman Dili Dərnəyi bu adların son altı ildə şəhərdə populyarlığını qoruduğunu açıqlayıb.
Ümumilikdə ölkə üzrə Sofiya və Noah adları zirvədə qalmaqda davam edir.
Məlumata görə, 1977-ci ildən bəri bu sahədə araşdırmalar aparan qurum, 750 qeydiyyat idarəsindən daxil olan 900 minə yaxın məlumatı təhlil edərək bu nəticələri əldə edib.
Aynurə İsmayıl
KONKRET.az