Bu gün "Magen David Azərbaycan" İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak ediblər. Çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx da nümayiş olunub.
Müəllif: Xeyrənsə Piriyeva