AZ

Əfsanəvi futbolçular aşağı liqa klubu aldılar

İngiltərə millisinin sabiq futbolçuları Devid Bekhem və Qari Nevil “Salford Siti” klubunun yeni sahibi olublar.

Msport.az xəbər verir ki, onlarla yanaşı, amerikalı iş adamı Deklan Kelli və Lord Mervin Deyvis də klub rəhbərliyində yer alacaq.

“Mən Salfordda böyümüşəm. Futbolçu kimi inkişafımda mühüm rol oynayan yerlə bağlı xoş xatirələrim var. “Salford Siti” sakinlərin daim diqqət mərkəzindədir və onun tarixində yeni dövrün bir hissəsi olduğum üçün çox şadam”, – deyə Bekhem bildirib.

Nevil isə bunları söyləyib: “Mənim “Salford Siti”yə böyük sevgim var. Bu, fərqli fikirləri və təcrübələri bir araya gətirən unikal tərəfdaşlıqdır, lakin hamımızı futbol sevgisi birləşdirir. Bu, həmişə birinci yerdə olacaq, lakin növbəti 4-5 il ərzində klubun davamlılığını təmin etməyimiz çox vacibdir. İşimizin növbəti mərhələsini səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, “Salford Siti” İngiltərənin 2-ci (səviyyəcə 3-cü) liqasında çıxış edir.

Seçilən
0
msport.az

1Mənbələr