AZ

Bəhruz Məhərrəmov: “Müstəqilliyin təməlini hələ sovet dövründə Ulu öndər özü qoymuşdu”

Yazını böyüt
Yazını kiçilt

“90-cı illərin ağır periodunda müstəqillik anlayışını Heydər Əliyevdən daha yaxşı dərk edə biləcək kimsə ola bilməzdi. Çünki bu müstəqilliyin təməlini hələ sovet dövründə, 1969-1985-ci illərdə atdığı ardıcıl, məqsədyönlü addımlarla elə Ulu öndər özü qoymuşdu”.

Hafta.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən xüsusi iclasında bildirib.

Deputat bildirib ki, Heydər Əliyevin suverenlik formulu kifayət qədər korrekt idi - ərazi bütövlüyü təmin olunmalı, daxildə sabitlik bərqərar edilməli və bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaradılmalıdır.

“1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilərkən də dahi lider bazisi məhz bu tezislər üzərində qurdu və qətiyyətli bir yol başlatdı. Bu gün hələ də insan hüquqları ilə manipulyasiya edənlərədən fərqli olaraq Heydər Əliyev əsl hüquq adamı idi və Konstitusiyanın qəbulundan dərhal sonra 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı. "Konstitusiya Məhkəməsi", "Məhkəmələr və hakimlər", "Prokurorluq", "Polis", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlar və əsas maddi və prosessual məcəllələr qəbul edildi, yeni üçpilləli müstəqil məhkəmə sistemi yaratdı, ədalət mühakiməsinin beynəlxalq təcrübəyə əsaslanan səmərəli formulunun tətbiqinə xüsusi diqqət yetirilirdi, ölkəmiz MDB məkanında "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən biri oldu. Uzun əsrlərdən sonra real suverenlik yoluna qədəm qoyan Azərbaycan xalqının bəxti onda gətirdi ki, ali konstitusion niyyətlərin realizəsində Ulu Öndər ideyalarını Azərbaycan xalqının vahidliyini təcəssüm və Azərbaycan dövlətçiliyinin varisliyini təmin etməyə qadir bir lider - cənab İlham Əliyev davam etdirdi”.

Deputat bildirib ki, bu gün məhz İlham Əliyevin sayəsində Azərbaycan öz tarixinin bütün dövrlərindən daha müstəqildir, tam suverendir və ərazi bütövlüyünü təmin edə bilib.

Onun sözlərinə görə, bu güc bizə çoxlarından fərqli olaraq məhz öz suveren iradəmizlə Konstitusiya çərçivəsində demokratik quruluş formalaşdırmağa imkan yaradır. Biz xaç yürüşü elementi kimi Qərbdən demokratiya ixrac etmirik, Azərbaycanda vətəndaş cəmiyyəti qonşu ölkələrdə nümunəsinə şahidlik etdiyimiz və həmin ölkələr üçün təhdidə çevrilmiş qaydada yox, milli iradənin ifadəsi kimi formalaşmaqdadır.

“Vətən müharibəsi və antiterror əməliyyatları ilə işğala, təcavüzə son qoyulması, cənab İlham Əliyevin hərbi-siyasi zəfərinin qarantiyasında sülh perspektivləri tək Azərbaycan yox, bütövlükdə regionda ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etməyə qadir bir konfiqurasiya meydana çıxarıb. Bu gün artıq yeni hədəfləri, yeni qızıl alması olan bir Azərbaycan var. Müzəffər liderin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamında da ifadə olunduğu kimi, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.

Seçilən
0
hafta.az

1Mənbələr