AZ

Trampın komandası Baydenin gizli səs yazısını yaymağa hazırlaşır

ABŞ-nin 47-ci Prezidenti Donald Trampın Administrasiyası sələfi Co Baydenin reputasiyasına sarsıdıcı zərbə vurmağa hazırlaşır.

Bu barədə "Politico" mənbələrə istinadən məlumat verib.

Baydenin xüsusi prokuror Robert Hurla müsahibəsinin əvvəllər məlum olmayan audio yazısı yaxın gələcəkdə yayımlana bilər ki, bu da Trampa yaxın insanların fikrincə, tarixdə həqiqətin ən böyük ört-basdır edilməsi faktlarından birini ifşa edəcək.

Məxfi sənədləri düzgün saxlamamaq iddiası ilə Baydenə qarşı istintaqa rəhbərlik edən Robert Hur müsahibə zamanı Ağ Evin hazırkı rəhbərinin psixi durumu ilə bağlı məsələni gündəmə gətirib. Trampın yaxın çevrəsinə daxil olan vəkil Mayk Devis qeyd edib ki, gələcəkdə səs yazısının ortaya çıxması əsl sensasiya olacaq və məxfi faktlara işıq salacaq.

Baydenin prezident kimi fəaliyyətini dəfələrlə sərt tənqid edən Donald Tramp bundan əvvəl də rəqibini korrupsiyada, tiraniyada ittiham edib və onu ABŞ tarixinin ən pis prezidenti adlandırıb.
 
 

Seçilən
0
7news.az

1Mənbələr