Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin sakini Əsgərova Aygün Əlövsət qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edir:
"Hörmətli İnam Kərimov!
Əvvəla bildirim ki, mən, Əsgərova Aygün Əlövsət qızı, bir qrup şəxs tərəfindən dələduzluqla üzləşmişəm. Bu şəbəkənin iç üzünü ortaya çıxarmaq üçün əlimdən gələni edirəm.
Evlənmək adı ilə mənim kimi digər xanımların da bədbaxt olmaqlarını, başıma açılan haqqsızlığı onların da yaşamasını istəmirəm.
İşimə hazırda Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov baxır. O, Çox haqsızlıq və ədalətsizlik edir. Bütün bu dediklərimi məhkəmə otağının kameralarını açdırsanız, özünüz də canlı şahidi olarsız. Məhkəmə prosesi zamanı mənə və ailəmə qarşı təhdid və təhqirlər olunub. Hakimin mənə olan kinli baxışları göz önündədir.
Hakim Eldar İsmayılov mənim vəkilimin heç bir vəsatətini qəbul etmir. Bir qrup dələduzu müdafiə edirlər. Qarşı tərəfin isə hər bir sözünə canla-başla qulaq asırlar.
Mənim sadəcə istəyim bu qrup üzvlərinin hamısının cəza almasıdır. Canlı şahid mənəm. Ailə qurmaq adı ilə Məmmədzadə Rəşvin Balağa oğlu, bacısı Məmmədzadə Bikə Balağa qızı və anası Məmmədzadə Dünya Yunis qızı tərəfindən aldadılmışam. Bununla əlaqədar sübutlarım var. Evimin satılmağına, qızıllarımın və əşyalarımın əlimdən alınmağına birbaşa səbəbkar Məmmədzadə Rəşvin Balağa oğlu, bacısı Məmmədzadə Bikə Balağa qızıdır.
Hörmətli İnam Kərimov!
Mən Sizdən bir ana kimi xahiş edirəm. Məhkəmə çəkilişlərini izləyin, oradakı haqsızlığı özünüz gözünüzlə görün. Yalvarıram sizə. Mənim arxamda Allahdan başqa heç kəs yoxdur. Ümid yeri olaraq Sizə inanıram.
Hakim Eldar İsmayılovun prosesdə qərəzli davranışı heç düzgün deyil. Hansı səbəbdən dələduzu qoruyur? Qohumudur, yoxsa nəyidir? Bu məsələ məni şübhəyə salır. Dələduzla hakim Eldar İsmayılov arasında hansı münasibətlər var?
Xahiş edirəm şikayətimi cavabsız qoymayın".
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.