AZ

"PSJ neytral azarkeşlərin də könlünü fəth edib" - Ouen Harqrivz

Sabiq ingiltərəli futbolçu Ouen Harqrivz UEFA Çempionlar Liqasının yarımfinalında "Arsenal"ı hər iki oyunda yenərək (1:0, 2:1) finalda "İnter"ə rəqib olan PSJ-nin uğurundan danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdrıb:

"Paris təmsilçisi ulduzlardan qurtularaq əsl komandaya çevrilib. İndi onların heyətində gənc fransalılar çoxluq təşkil edir və fanatlar klubu özlərinə daha yaxın sayırlar. PSJ Çempionlar Liqasının finalında oynamağı haqq edən əsl komandadır. Baş məşqçi Luis Enrike bilir ki, Çempionlar Liqasında kaprizli ulduzlara ehtiyac yoxdur. PSJ yalnız parisli və fransalı deyil, neytral azarkeşlərin də könlünü fəth edib. Səbəb isə sadədir: onlar əla futbol sərgiləyirlər".

Xatırladaq ki, ÇL-in finalı mayın 31-də Almaniyanın Mühen şəhərindəki "Alyans Arena"da keçiriləcək.

Nihat

Seçilən
0
fanat.az

1Mənbələr