Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Göygöl, Qəbələ, Tovuz və Ağsu rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları və dəmir soba aşkar olunub.
Ekologiya.az bildirri ki. araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Quba rayonu Tülər kənd sakinləri Əziz Xəlilov, Kərim Kərimli, Göygöl rayonu Tülallar kənd sakinləri Azər Bağırov, Amil Bağırov, İlham Məmmədov, Namiq Bağırov, Məhəmməd Bağırov, Qəbələ rayonu Nic qəsəbə sakinləri Pavel Ataqoy, Rufat Ququnov, Ruslan Gözəlov, Renat Boyaxçari, Vladimir Danilov, Tovuz rayonu Əlibəyli kənd sakini Hikmət Bayramov, Ağsu rayonu Dilman kənd sakinləri Tehran Əlixanov və Elçin Əlixanov olduğu müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür hazırlanma yerləri isə ləğv edilib.